Davudoğlu İraqa getdi
Bizi izləyin

Dünya

Davudoğlu İraqa getdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu İraqa gedib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Türkiyə baş naziri İraqa getməmişdən öncə hava limanında jurnalistlərə açıqlama verib.

Davudoğlu “Bağdaddan qayıdanda ciddi irəliləyişlər ola bilər” deyib: “ABŞ-ın vitse-prezidenti Co Baydenlə sabah axşam görüşəcəyəm. Birigün səhər Atlantik Şurasının enerji konfransında ortaq platformada danışacağıq. Mənim İraqdakı görüşlərim də vacibdir. İraqda təhlükəsizlik məsələsində atılacaq addımlarla Suriyada atılacaq addımlar eyni olmalıdır. Bunların hamısını birlikdə həll edəcəyik. Bu bir sülh müzakirəsidir. Səfərdə bütün məsələlərin həll olunmasını gözləmək olmaz. Ancaq əməkdaşlıq edərək zamanla hamısını həll etmək mümkündür”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm