Daha bir terror qruplaşma “qara siyahı”da
Bizi izləyin

Dünya

Daha bir terror qruplaşma “qara siyahı”da

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Liviyadakı “Ansar aş Şaria” (“Şəriətin tərəfdarları”) qruplaşmasını terrorçu təşkilatlar siyahısına daxil edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, “Əl Qaidə” terror təşkilatının özəklərindən biri hesab olunan qruplaşmaya qarşı sanksiyalar tətbiq edilib.

Bəzi məlumatlara görə, qruplaşmanın düşərgələrində 2013-cü ildə Əlcəzairdə neft-qaz kompleksinə hücumda iştirak etmiş döyüşçülər hazırlıq keçir. Bundan başqa, “Ansar aş Şaria”nın İraq, Suriya və Maliyə göndərilməsi üçün terrorçuları hazırladığı bildirilir. BMT Təhlükəsizlik Şurasının qərarı Fransa, ABŞ və Böyük Britaniyanın sorğusundan sonra qəbul edilib.

“Qara siyahı”ya qruplaşmanın iki qolu - “Ansar aş-Şaria Benqazi” və "Ansar aş-Şaria Derna” qruplaşmaları da daxil edilib.

"Anşar aş-Şaria” artıq ABŞ-ın terror təşkilatları siyahısına salınıb. Qruplaşma 2012-ci ilin sentyabrında Benqazidə ABŞ səfirliyinə hücuma görə ittiham olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm