Ukrayna rəhbərliyi prokurorluğa çağırıldı
Bizi izləyin

Dünya

Ukrayna rəhbərliyi prokurorluğa çağırıldı

Sentyabrın əvvəllərində Donetsk vilayətinin İlovaysk rayonunda baş verən və “İlovaysk qazanı” adını alan faciə ilə bağlı Ali Rada sədri Aleksandr Turçinov və daxili işlər naziri Arsen Avakovanı hərbi prokurorluğa çağırılıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə jurnalist Yuri Butusov “Facebook” səhifəsində yazıb.

O, A.Avakovun artıq ifadə verdiyini bildirib. “Hadisənin araşdırılması üçün prokurorların gənc və enerjili komandası işləyir”, - deyə Y.Butosov qeyd edib.

Xatırladaq ki, Ukraynanın İlovaysk rayonunda baş verən faciə ilə bağlı Ali Radada yaradılan Müvəqqəti istintaq komissiyası ötən ay araşdırmaların ilkin nəticələrini açıqlayıb. Hesabatda Müdafiə Nazirliyində səhv kadr təyinatlarının faciəyə gətirib çıxardığı deyilir. Qeyd olunur ki, keçmiş müdafiə naziri Valeri Qeletey, Baş Qərargah rəisi Viktor Mujenkonun qeyri-adekvat hərəkətləri, eləcə də prezidentin hərbi vəziyyətin tətbiqinə təşəbbüs etməməsi hadisənin səbəblərindəndir.

Ukraynanın Milli hərbi-tarix muzeyinin elmi işlər üzrə direktor müavini Yaroslav Tınçenko bir neçə gün əvvəl bildirib ki, könüllülər cari ilin 3 sentyabr - 10 oktyabr tarixlərində “Donetsk Xalq Respublikası”nın mühasirəsində olan İlovayskdan təxminən 400 Ukrayna döyüşçüsünün cəsədini çıxarıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm