• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Memarlar İttifaqından şok iddia: “Ak Saray”da 2000 otaq var

  • Dünya
  • 20 Noyabr 2014 13:51
  • 673 Baxış
Memarlar İttifaqından şok iddia: “Ak Saray”da  2000 otaq var

Türkiyə Memarlar İttifaqı prezident Rəcəb Tayyib Ərdoğanın iqamətgahının 1000 deyil, 2000 otağının olduğunu iddia edib.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan hələ baş nazir olan zaman Ankarada yerləşən Atatürk Meşə Fermasında saray tikilməsi haqqında göstəriş verib. O, jurnalistlərə açıqlamasında prezident olandan sonra Atatürkdən tutmuş indiyə kimi, bütün prezidentlərin iqamətgahı olan Çankaya köşkündə yox, həmin sarayda qalacağını bəyan edib.

Sarayın tikintisi tamamlanandan və Ərdoğan Türkiyə prezidenti seçiləndən sonra ictimaiyyətə həmin sarayın “Ak Saray” olduğu açıqlaması verilib. Lakin “Ak Saray” haqqında iddialar bitmək bilmir. Rəsmi açıqlamada sarayın 1000 otağının olduğu bildirilsə də Memarlar İttifaqı son açıqlamasında “Ak Sarayın” 1000 deyil, 2000 otaqdan ibarət olduğunu iddia edib.

Belə ki, Türkiyə Memarlar İttifaqının Ankara şöbəsinin sədri Tezcan Qaraquş Candan məsələyə dair açıqlamasında “Ak Saray”ın 4 mərtəbəsində 2000 otağın olduğunu bildirib: “Ak Saray” yer üstündə dörd mərtəbə və yerin altında dörd mərtəbə olmaqla səkkiz mərtəbədən ibarətdir. “Ak Saray”ın üç girişi var. İki blokun hərəsində 750 otaq olmaqla 1500 otaq, əsas giriş olaraq adlandırılan blok isə 500 otaqdan ibarətdir”.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR