Bankda casus varmış
Bizi izləyin

Dünya

Bankda casus varmış

“Halk Bank”ın etibardan salınmasına yönəlik hesabatın altında Osman Zeki Canıtezin imzası var. Qanuni olmasına baxmayaraq, bankın İranla enerji və qızıl ticarətini cinayət kimi göstərən hesabatın Türkiyənin ölkə daxilində və xaricində etibardan salınması

ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fəthullah Gülənin “Halk Bank” üçün təlimatlandırdığı casus ortaya çıxıb.Publika.Az –ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Osman Zeki Canıtez adlı şəxsin bankın fəaliyyətini qeyri-qanuni kimi təqdim etməyə çalışdığı məlum olub.

Qəzetin yazdığına görə, “Halk Bank”ın etibardan salınmasına yönəlik hesabatın altında Osman Zeki Canıtezin imzası var. Qanuni olmasına baxmayaraq, bankın İranla enerji və qızıl ticarətini cinayət kimi göstərən hesabatın Türkiyənin ölkə daxilində və xaricində etibardan salınmasına xidmət etdiyi deyilir. Hesabatın bir çox yerində “Halk Bank”ın nəzdində qurulan sistem” ifadəsi işlədilir.

“Hesabatın tarixi də əslində iddiaların tərəfli və məqsədli olduğunu göstərir. Hesabat İrana qarşı embarqoların yumşaldığı bir dövrdə - 28 Yanvar 2014-cü ildə qələmə alınıb. 2013-cü il noyabr ayında, yəni hesabatın hazırlanmasından üç ay əvvəl ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin və Almaniyanın təmsil olunduğu qrup İranla razılaşma əldə edib. Həmçinin hesabatda araşdırılan 2012-2013-cü illərdə Türkiyənin də daxil olduğu doqquz ölkə ilə bağlı embarqolardan qismən azad olunma qərarı qəbul edilmişdi. 2012-ci ilin dekabr və 2013-cü ilin iyun ayında ABŞ Türkiyənin neft alışının asanlaşdırılması barədə qərarı iki dəfə uzadıb”, - “Sabah” yazır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm