İstanbulda gərginlik: Gəzi parkı bağlandı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

İstanbulda gərginlik: Gəzi parkı bağlandı – SON DƏQİQƏ

İstanbuldakı Gəzi Parkı bağlanıb.

Publika.az xəbər verir ki, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası açıqlama ilə çıxış edərək İstanbul Böyükşəhər Bələdiyyəsinin Topçu Kışlası üçün büdcədən pul ayırdığını bildirib. CHP-nin məlumatına görə, mülki polislər parkın girişini bağlayıb. Parkın ətrafına təzyiqli su vuran avtomobillər və çevik polis alayı cəlb edilib.

Xatırladaq ki, srağagün axşam saatlarında bir qrup sakin Gəzi parkında qazıntı işlərinin aparıldığını görüb və parkı qorumaq məqsədi ilə orada gecələyib. Ertəsi gün parkdakı insanlarla polislər arasında toqquşma olub.

Qeyd edək ki, 2012-ci ilin mart-iyun aylarında insanlar hökumətin Gəzi parkını uçuraraq yerində alış-veriş mərkəzinin tikmək planına sərt reaksiya vermişdilər. O zaman baş nazir Rəcəb Tayyib Ərdoğan həmin ərazidə məscid tikiləcəyini vəd etsə də, kütlə sakitləşməmişdi. Nəticədə, Gəzi parkı dağıdılmaqdan xilas edilmişdi.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm