Kobaninin 80 faizi PKK-nın əlindədir
Bizi izləyin

Dünya

Kobaninin 80 faizi PKK-nın əlindədir

YPG (PKK terror təşkilatının Suriya qolu) Kobaninin 80 faizinə nəzarət edir.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, “BBC Türkcə”nin bölgədəki müxbirinin verdiyi məlumata görə, ABŞ-ın liderliyindəki koalisiyanın və peşmərgə qüvvələrinin dəstəyi ilə İŞİD-ə qarşı döyüşən YPG şəhərin 80%-nə nəzarəti ələ keçirib. Müxbir həmçinin son günlər minlərlə mülkinin də Kobaniyə qayıtdığını qeyd edib.

Müxbir peşmərgə birliklərinin ağır silahlarla İŞİD mövqelərini vurduqlarını bildirib: “YPG bölgəni azad etdiyi üçün son günlərdə minlərlə mülki şəxs Kobaniyə geri qayıdıb. İndi Kobanidə 20 minə yaxın mülki şəxs var. Mülki şəxslərin dərmana, qidaya və geyimə ehtiyacları var. Hal-hazırda bu ehtiyacları ödəməyə çalışırıq”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm