Putin: Rusiyada “rəngli inqilab”a imkan verilməyəcək
Bizi izləyin

Dünya

Putin: Rusiyada “rəngli inqilab”a imkan verilməyəcək

“Ekstremizmlə mübarizə “rəngli inqilab”i Rusiyaya buraxmamaq fərqli düşüncə ilə mübarizə deyil”.

Publika.az-ın RİS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.

Putin oxşar ssenarilərin Rusiyada təkrarlanmaması üçün “rəngli inqilab”ların dərslərini nəzərə almağa çağırıb.

"Ekstremizm milli təhlükəsizliyə ciddi təhlükədir. Ekstremizm cəmiyyət və dövlət üçün millətçilik, dini dözülsüzlük və siyasi ekstremizm kimi böyük təhlükədir. Müasir dünyada ekstremizmdən geosiyasətdə və nüfuz sahələrinin yenidən bölüşdürülməsində alət kimi istifadə olunduğunu görürük. Bütün bunlar "rəngli inqilab”lar dalğası yaratdı. Biz hər şeyi etməyə hazırıq ki, oxşar ssenarilər Rusiyada heç vaxt baş tutmasın”, - detə Rusiya prezidenti vurğulayıb.

Prezidentin fikrincə, qanunsuz miqrasiya ekstremizm və cinayət üçün bəsləyici mühitdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm