PKK Türkiyəni hədələdi: “Əks halda, hücum edərik”
Bizi izləyin

Dünya

PKK Türkiyəni hədələdi: “Əks halda, hücum edərik”

PKK terror təşkilatının liderlərindən olan Murad Karayılan Türkiyəni açıq şəkildə təhdid edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, M.Karayılan PKK lideri Abdullah Öcalanla görüşlərin dayandırılacağı halda, Türkiyəyə hücum edəcəklərini bildirib.

M.Karayılan Türkiyə hökumətinin “kürd məsələsi”nin həlli prosesinə son verdiyini iddia edərək “müzakirələr olmazsa, bu iş davam edə bilməz” deyib.

“Zehinlərdə bir dəyişiklik olmalı və praktik addımlar atılmalıdır. Kimsə bu məsələdə AKP hökumətinə güvənmir”, - deyə o, vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm