Rusiya qoşunu Rostovda müharibəyə belə hazırlaşır – FOTOLAR
Bizi izləyin

Dünya

Rusiya qoşunu Rostovda müharibəyə belə hazırlaşır – FOTOLAR

Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Rostov vilayətində canlı qüvvə və hərbi texnikanın cəmləşməsi barədə informasiyalar son günlər artıb.

Publika.az-ın verdiyi xəbərə görə, Donbas hövzəsində müharibə üçün Rostov vilayətində yaradılan hərbi düşərgədə Rusiya hərbçiləri və separatçılar məşqini əks etdirən fotolar yayılıb.

Sosial şəbəkələrdə yayılan şəkillər Rostov vilayətində döyüşçülərin hazırlığı mərkəzlərinin mövcudluğunu təsdiq edir. Düşərgənin ətrafında növbətçi postları yerləşdirilib. Təlim düşərgəsi yanğınsöndürmə vasitələri ilə təchiz edilib.

Düşərgədə bütün lazımı vasitələrlə təchiz edilmiş poliqon var. Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik Xidməti bildirmişdi ki, “Domino" planı çərçivəsində Rostov vilayətindəki poliqonu Donetskə köçürülür. Məqsəd isə separatçılara hərbi sirləri bilavasitə Ukraynanın ərazisində öyrətməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm