• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Rusiya iqtisadiyyatındakı böhran sanksiyalarla bağlı deyil”

  • Dünya
  • 21 Noyabr 2014 04:20
  • 351 Baxış
“Rusiya iqtisadiyyatındakı böhran sanksiyalarla bağlı deyil”

“Rusiya Federasiyasının iqtisadiyyatındakı böhran sanksiyalarla bağlı deyil. Rusiya iqtisadiyyatı "süni böhran”a daxil olub”.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın FBK audit və konsaltinq şirkətinin strateji təhlil departamentinin keçmiş direktoru İqor Nikolayev deyib.

“Bu süni böhrandır. İqtisadiyyatın inkişafı templərinə diqqət yetirsəniz, bunu görəcəksiniz. Son dörd ildə Rusiya iqtisadiyyatının artım sürətləri kəskin düşürdü, faktiki olaraq sıfıra qədər. Hələ sanksiyalar yox idi”, - deyə İ.Nikolay bildirib.

İqtisadçı ekspert qeyd edi ki, 2014-cü il nəticəsinə görə, Rusiyada inflyasiya 9 faizdən çox, 2015-ci ildə isə 12 faiz təşkil edə bilər. İ.Nikolayevin sözlərinə görə, son həftə ərzində inflyasiya daha da sürətlənib. O, həftəlik inflyasiyanın 0,3 faiz olduğunu vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR