Rusiyalı zabitdən ŞOK etiraf: “Donbasda müharibəni mən başladım”
Bizi izləyin

Dünya

Rusiyalı zabitdən ŞOK etiraf: “Donbasda müharibəni mən başladım”

Rusiya silahlı qüvvələrinn Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, Ukrayna separatçılarının keçmiş rəhbəri İqor Strelkovdan şok bir açıqlama gəlib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Strelkov Donbas hövzəsindəki müharibə üçün özünün məsuliyyət daşıdığını bildirib.

İ.Strelkov qeyd edib ki, münaqişənin əvvəlində Ukrayna sərhədini keçən dəstəsi Donbasda hərbi əməliyyatların başlanmasına görə günahkardır.

“Müharibənin tətiyini mən çəkdim. Əgər bizim dəstəmiz sərhədi keçməsəydi, nəticədə hər şey Xarkov və Odessada olduğu kimi başa çatardı. Bir neçə on nəfər öldürülə, yandırıla və həbs edilmiş olardı. Biz masadakı bütün kartları qarışdırdıq”, - deyə avqustun ortasında Donbas hövzəsini tərk edən rusiyalı zabit bildirib.

O, həmçinin etiraf edib ki, 5 iyula qədər separatçılar çətin vəziyyətdə olublar. Strelkov daha sonra Rusiya hərbçilərinin gəldiyini vurğulayb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm