İranın məsələsi nə vaxta qaldı?
Bizi izləyin

Dünya

İranın məsələsi nə vaxta qaldı?

Nüvə proqramı üzrə danışıqlar İran və "altılıq" (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və Çin) arasında fikir ayrılıqlarına görə mart ayına qədər uzadıla bilər.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi Qərb diplomatik mənbələrə istinadən bildirib.

"Bu mərhələdə ehtimal ki, aralıq razılaşması imzalanacaq. Ən yaxşı halda bazar ertəsinə kimi çərçivə razılaşmasını imzalamaq mümkün olacaq. Texniki məsələlərin həlli üçün bizə daha çox vaxt lazım olacaq. Unutmayın ki, sanksiyaların ləğvi üçün müvəqqəti çərçivələr mübahisələrin əhəmiyyətli predmeti olaraq qalır", - deyə Qərb diplomatı deyib.

Başqa bir diplomatik mənbə qeyd edib ki, danışıqlar gələn ilin yanvarında bərpa oluna bilər.

Daha əvvəl isə ABŞ-ın dövlət katibi Con Kerri bildirmişdi ki, “altılıq” və İran İranın nüvə proqramı üzrə danışıqları uzatmağı planlaşdırmırlar.

Xatırladaq ki, 24 noyabr 2013-cü il Cenevrədə keçirilmiş görüşdə 20 iyul tarixinə qədər İranın nüvə proqramının sülh xarakterini zəmanət verən sənədin hazırlanması barədə razılıq əldə olunub. Lakin müəyyən olunmuş vaxta kimi sənədi hazırlamaq mümkün olmayıb və bu 24 noyabr 2014-cü ilə qədər uzadılıb.

Tərəflər bir sıra məsələlərdə razılığa gələ bilmirlər. Ərak ağır su nüvə reaktoru məsələsi danışıqlarda əsas əngəl daşı hesab olunur. Bundan başqa, nüvə sentrifuqaların sayı əvvəlki kimi mübahisəli məsələ olaraq qalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm