Şimali Koreya BMT-ni nüvə sınağı ilə hədələdi
Bizi izləyin

Dünya

Şimali Koreya BMT-ni nüvə sınağı ilə hədələdi

Şimali Koreya BMT komitəsinin Pxenyanda insan haqlarının pozulması ilə bağlı bəyanatına qarşı yeni nüvə silahları sınaqdan keçirəcəyi ilə təhdid edib.

Publika.az-ın məlumatına görə, Şimali Koreya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Pxenyanın BMT Baş Assambleyasının 3-cü Komitəsinin Komunist dövlətdə insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə qəbuluna qarşı dördüncü nüvə sınağı keçirməsinə heç nə mane olmur.

Qətnamə Təhlükəsizlik Şürasına Şimali Koreyanı bəşəriyyətə qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinə verməyi təklif edir.

Şimali Koreya bildirib ki, qətnamə böhtanlarla doldurulub və bu, ağır siyasi təxribatdır. Bəyanatda həmçinin qətnamənin Birləşmiş Ştatların təhriki ilə qəbul edildiyi, Vaşinqtonun Pxenyanı təhqir etdiyi və hazırkı hakimiyyəti devirməyə çalışdığı deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm