• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukraynada koalisiya NATO-nu prioritet elan etdi

  • Dünya
  • 21 Noyabr 2014 11:00
  • 290 Baxış
Ukraynada koalisiya NATO-nu prioritet elan etdi

“Pyotr Poroşenkonun Bloku”, “Xalq cəbhəsi”, “Qarşılıqlı Yardım”, “Radikal” və “Batkivşina” partiyaları bu gecə mövqelərini uyğunlaşdıraraq koalisiya razılaşması imzalayıblar.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ali Radadakı mənbə bildirib.

Koalisiya üzvlərinin Ukraynanın neytral statusunun ləğvi barədə razılaşması diqqət çəkir. Razılaşmaya əsasən, Şimali Atlantika İttifaqına (NATO) giriş bundan sonra Ukrayna xarici siyasət kursunun prioritetlərindən olacaq.

Siyasi güclər həmçinin yeni parlamentdə deputat toxunulmazlığını ləğvi barədə razılaşıb. Koalisiya prezidentin impiçmentinin prosedurunu təsdiq edəcək. Razılaşmanın daha bir bəndi Avropa Birliyi ilə imzalanan assosiasiya haqqında razılaşmanın bütün bəndlərinin icrası ilə bağlıdır.

“Bundan başqa, razılaşmaya əsasən, deputatlar yeni seçki sistemini qəbul edəcək və majoritar seçki sistemi ləğv olunacaq. Koalisiya üzvləri Ukraynada mərkəzləşmədən uzaqlaşmağın həyata keçirilməsi barədə razılaşıblar. Tərəflər razılaşıb ki, Ukrayna Krım üzərində nəzarəti qaytaracaq və Rusiyaya qarşı iddialarla çıxış edəcək. Həmçinin Ukrayna şərqdə hərbi hissələrin daimi dislokasiya yerlərini yaradacaq və müdafiə ehtiyaclarına xərclənəcək vəsait ümumi daxili məhsulun 3 faizindən az olmayacaq. Korrupsiyaya qarşı büro və Daxili İşlər Nazirliyində keçiriləcək islahatlar çərçivəsində Milli polis yaradılacaq”, - parlamentdəki mənbə bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR