• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanlıların şəhərinə OMON yeridildi: ölən var

  • Dünya
  • 21 Noyabr 2014 12:00
  • 967 Baxış
Azərbaycanlıların şəhərinə OMON yeridildi: ölən var

Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində antiterror əməliyyatları rejimi tətbiq edilib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə muxtar respublikanın operativ qərargahından bildirilib.

“Quldur dəstələri və onların köməkçilərinin üzə çıxarılması üçün operativ tədbirlər aparılır”, - qərargahdan deyilir.

Məlumata görə, Salman küçəsi hazırda mühasirəyə alınıb. Terrorçuların sayı hələlik məlum deyil. Qeyd olunur ki, Dağıstan və qonşu İnquşetiyada gizli yerlərdə 68 kiloqram trotil ekvivalentində partlayıcı maddə aşkarlanıb.

Bildirilir ki, mühasirəyə alınan evlərdən birində bir terrorçu məhv edilib.

“Dərbənddə fərdi ev ötən axşam mühasirəyə alınmışdı. Orada cinayətkar qruplaşmanın iki üzvü gizlənmişdi. Onlar təslim olması barədə tələblərə baxmayaraq, federal güclərin əməkdaşlarına atəşi açıblar. Cavab atəşi ilə onlardan biri öldürülüb”, - operativ qərargahdan bildirilir.

Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, Dərbənddə antiterror əməliyyatı hazırda davam edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR