Nemtsov: “Putin dünya ilə müharibəyə hazırlaşır”
Bizi izləyin

Dünya

Nemtsov: “Putin dünya ilə müharibəyə hazırlaşır”

“Putin 10 il müddətində sanksiyalara hazırlaşmağı söyləyib”.

Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Boris Nemtsov deyib. Nemtsovun fikrincə, Rusiya İkinci Soyuq Müharibəni yaşayır:

“Bu isə o deməkdir ki, Putin bütün dünya ilə müharibə və qarşıdurma aparacaq; O, iqtisadiyyatı və sanksiyalardan əziyyət çəkən vətəndaşların problemlərini vecinə almayacaq; 2024-cü ilə kimi Rusiyaya başçılıq edəcək. Biz İkinci Soyuq müharibənin reallığında yaşayırıq. Əvvəlki soyuq müharibədə SSRİ uduzub. Ona görə də yeni soyuq müharibəni uduzmaq şansı yüksəkdir. Çünki Qərblə Rusiyanın iqtisadi potensialı arasında çox böyük fərq var. Rusiya Avropa və Amerikanın iqtisadiyyatının 6%-i qədərdir. Buna görə də çoxmüddətli sanksiyalar baxımından İranın həyat təcrübəsini öyrənmək lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm