Londan rus agentlərdən qorxduğu üçün qadağaya əl atdı
Bizi izləyin

Dünya

Londan rus agentlərdən qorxduğu üçün qadağaya əl atdı

Polşaya hərbi təlimlərə yola düşən ingilis hərbçilərinə şəxsi mobil telefonları və ya kompüterləri götürmək qadağan edilib.

Publika.az xəbər verir ki, Böyük Britaniyanın “Daily Telegraph” nəşri qadağanın ingilis hərbçilərinin Rusiyanın kiber kəşfiyyatçıların hədəfi olma təhlükəsi ilə bağlı olduğunu yazıb.

Hərbçilərə deyilib ki, casuslar və Kreml agentləri tərəfindən aşkar təhlükə mövcuddur.

Hazırda Böyük Britaniyanın 1300 hərbçidən ibarət taktik zirehli qrupu NATO gücləri ilə birlikdə Polşada hərbi təlimlərdə iştirak edir. Təlimlərin hədəfi Rusiyanın təcavüzü halında NATO-nun regiondakı müttəfiqlərə kömək edəcəyini nümayiş etdirməkdir.

Qeyd edək ki, Rusiya agentura şəbəkəsinin ən güclü olduğu ölkələrdən sayılır. Polşa əks-kəşfiyyatının iki hərbçisi ötən ay Rusiyanın xeyrinə casusluqda ittiham olunaraq həbs edilib. Polşalı siyasi ekspert Stanislav Yaneski Polşa hər cür forma və metodlarla işləyən Rusiya agentləri üçün əsl cənnətə çevrildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm