Rusiya kanalı Boinglə bağlı saxta sübutlar təqdim edib - FOTO
Bizi izləyin

Dünya

Rusiya kanalı Boinglə bağlı saxta sübutlar təqdim edib - FOTO

Rusiyanın “Birinci kanalı” tərəfindən yayılna və Donbas hövzəsində “MH-17” reysi ilə uçan “Boinq-777” sərnişin təyyarəsinin “hava-hava” tipli raketlə vurulduğunu göstərdiyini iddia etdiyi peyk şəkilləri saxta çıxıb.

Publika.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, bu barədə etiraf Rusiya kanalının özündən gəlib.

“Rusiyanın "Birinci kanalı" etiraf etdi ki, Malayziyanın “Boinq-777” təyyarəsinin salınması ilə bağlı efirdə sübut kimi təqdim etdiyi şəkillər saxtadır”, - “Azadlıq” radiosunun xəbərində deyilir.

Xatırladaq ki, sübut kimi təqdim olunan şəkillər 14 noyabrda efirə verilib. Kanal iddia edirdi ki, şəkillər xarici casus-peyk tərəfindən şəkilib. Proqramın aparıcısı Mixail Leontyev bildirib ki, şəkillər 12 noyabrda Mühəndislərin Rusiya İttifaqının əlinə keçib. Fotoda sərnişin layneri və qırıcının, qırıcının sol qanadının altından isə "hava-hava" tipli raketləri üçün tipik inversiya izinin göründüyü iddia olunurdu.

“Adətən hava və yerüstü sahənin ümumi kəşfiyyatı üçün belə şəkillər hazırlanır. Şəkildə göstərilmiş koordinatlara uyğun olaraq biz güman edə bilərik ki, şəkil amerika və ya ingilis peykindən çəkilib”, - deyə İvan Andrievski vurğulamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm