Validən İsrailə: "Bunu içimdəki böyük bir kinlə söyləyirəm"
Bizi izləyin

Dünya

Validən İsrailə: "Bunu içimdəki böyük bir kinlə söyləyirəm"

Müsəlmanların ilk qibləsi sayılan Qüdsdəki Məscidi-Aksaya İsrail əsgərlərinin basqınına Türkiyədən sərt reaksiya verilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İsrail əsgərlərinin hücumlarına cavab olaraq Ədirnə valisi Dursun Şahin şəhərdə tikilən sinaqoqun yalnız müzey kimi açılacağını bildirib.

“O quldur sifətli insanlar orada müsəlmanları qətl edərkən, biz də burada onların sinaqoqlarını tikirik. Bunu içimdəki böyük bir kinlə söyləyirəm. Biz onların məzarlıqların ətrafını təmizləyir, layihələrini icra edirik. Bizim yanaşmamız harada, onların yanaşması harada?"- deyə vali vurğulayıb.

D.Şahin 2010-cu ildən bu yana bərpası üçün 3 milyon 700 min lirə (təxminən 1 milyon 650 min dollar) xərclənən sinaqoqun yalnız muzey olaraq istifadə edilməsinə qərar verildiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm