Yanukoviçi devirmək üçün ölənlər “qəhrəman” oldu
Bizi izləyin

Dünya

Yanukoviçi devirmək üçün ölənlər “qəhrəman” oldu

Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə Maydan hadisələrində həlak olanları Ukrayna Qəhrəmanı adı ilə təltif edib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Svyatoslav Seqolko “Twitter” hesabında bildirib.

"Prezident bizim qəhrəmanlarımızı Ukrayna Qəhrəmanı adı ilə təltif edib. Bu barədə fərman həlak olanların qohumları ilə görüş zamanı imzalanıb", - deyə S.Seqolko xəbərində yazıb.

Qeyd edək ki, Ukraynada Maydan hadisələrinin birinci ildönümü qeyd olunur. 2013-cü ilin noyabr ayının 21-də başlayan etiraz aksiyaları Viktor Yahukoviç hakimiyyətinin devrilməsi ilə nəticələnib.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyev və regionlarda keçirilən etiraz aksiyalarında 106 nəfər həlak olub. Onların çoxu isə 20 fevralda Kiyevin İnstitut küçəsində snayper atəşi ilə öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm