Respublikaçılar Obamanı məhkəməyə verdi
Bizi izləyin

Dünya

Respublikaçılar Obamanı məhkəməyə verdi

ABŞ Nümayəndələr Palatasının respublikaçı qanunvericiləri Obama administrasiyasını məhkəməyə verib.

Publika.az-ın məlumatına görə, Respublikaçılar “Obamacare” kimi tanınan milli səhiyyə planına görə prezident Barak Obamanı səlahiyyətlıərindən sui-istifadə etməkdə ittiham edirlər.

İddiada bildirilir ki, Obama administrasiyası 50-dən çox işçisi olan şirkətlərin onları tibbi sığorta ilə təmin etmə tələbini qanunsuz şəkildə təxirə salır.

Qanunvericilər həmçinin, iddia edirlər ki, bu səhiyyə qanunu azmaaşlı işçilərin sığortalarının qiymətlərini ucuzlaşdırması üçün sığorta şirkətlərini subsisiyalarla təmin edərək vəsaitlərin qanunsuz xərclənməsinə yol açacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm