Çılpaq qadınlar keşişi qaçırdı - VİDEO
Bizi izləyin

Dünya

Çılpaq qadınlar keşişi qaçırdı - VİDEO

Dünyada çılpaq aksiyaları ilə məşhur olan qadın haqları təşkilatı FEMEN bir keşişi qaçırıb.

Publika.az xəbər verir ki, siyasi məzmunlu çılpaq aksiyaları ilə tanınan FEMEN internet saytında və ictimai media hesablarından keşişi girov götürmələrinin səbəbini açıqlayıb.

"Papa tərəfindən idarə olunan dünyanın ən böyük dini mafiyası Vatikanın hücumlarına qarşı sekulyarizmi (Sekulyarizm hökümət orqanlarının və dövləti təmsil edən şəxslərin dini institutlardan və ruhanilərdən ayrılmasını nəzərdə tutan prinsipdir) müdafiə etmək üçün ilk girovunu qaçırdı. Tələblərimiz yerinə yetirilərsə girovu azad etməyə hazırıq. FEMEN-nin istəyi budur ki, Papanın 25 noyabrda Strasbourqdaki Avropa Parlamentinə edəcəyi ziyarət ləğv edilsin".

Tələb "Tanrı sehrbaz deyil, Papa siyasətçi deyil" sözləri ilə bitir. Eyni zamanda təşkilatın yaydığı videoda üzü maskalı çılpaq qadınların rahib paltarlı bir adamı avtomobillə qaçırdığı göünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm