Peşmərgəyə "Bordo Berelilər" təlim keçir - VİDEO
Bizi izləyin

Dünya

Peşmərgəyə "Bordo Berelilər" təlim keçir - VİDEO

İraq Şam İslam Dövlətinə (IŞİD) qarşı Şimali İraqda mübarizə aparan peşmərgənin hərbi təlimlərinə Türkiyə də dəstək verir.

Publika.az-ın məlumatına görə, kürd hərbçilərinə Türk Silahlı Qüvvələrinə bağlı "Bordo Berelilər" kimi ad çıxaran xüsusi təyinatlılar təlim keçəcək.

"Hürriyet" qəzetinin yazdığına görə, artıq bir aya yaxındır bununla bağlı Şimali İraqdakı düşərgədə təlimlərə başlanılıb. Hətta İraqa səfəri zamanı Türkiyənin baş naziri Əhməd Davudoğlu düşərgəyə baş çəkərək təlimləri izləyib.

Qeyd edək ki, "Bordo Berelilər" bir neçə dəfə hərbi təlimlər zamanı dünyada ən güclü orduya malik ölkələrin hərbçilərini məğlub edərək birinci yerə çıxıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm