İŞİD genişmiqyaslı hücuma başladı
Bizi izləyin

Dünya

İŞİD genişmiqyaslı hücuma başladı

İŞİD terror təşkilatı son iki gündə hərbi əməliyyatların miqyasını xeyli artırıb.

Publika.az xəbər verir ki, İŞİD-in əsas hədəfi İraqın paytaxtı Bağdad şəhəridir. Öz növbəsində İraq ordusu da İŞİD-in son hücumları ilə əlaqədar təhlükəsizlik tədbirlərini ən yüksək həddə çatdırıb. İraqın bir sıra şəhərlərində nəzarət tədbirləri gücləndirilib.

İraqın Ənbar Əyalət Məclisi yeni İŞİD təhlükəsi ilə əlaqədar fövqəladə toplantı keçirərək, önləyici tədbirləri müzakirə edib. Habelə sakinlərin küçəyə çıxmalarına birgünlük qadağa qoyulub. İŞİD-in Ənbar əyalətinin şimal, cənub və qərb əyalətlərindəki hərbi birləşmələri ilə İraq ordusu arasında ağır döyüşlərin isə miqyası daim genişlənir. Yerli mətbuat Ramadinin qərbindəki Hitdə İŞİD-in bütün yardım yollarının kəsildiyini bildirir. İŞİD qüvvələri isə buna cavab olaraq bölgəyə qida gətirilməsini əngəlləyir.

Son günlər terrorçuların Ənbar əyalətinin Ramadi və Fəllucə şəhərlərini, habelə Hitdə yeni ərazilər ələ keçirməsindən sonra bölgənin 80 faizinin İŞİD-in əlində olduğu bildirilir.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm