“Narıncı inqilab”ın onuncu ildönümü qeyd olunur
Bizi izləyin

Dünya

“Narıncı inqilab”ın onuncu ildönümü qeyd olunur

Dünən Maydan hadisələrinin birinci ildönümünü qeyd edən ukraynalılar bu gün başqa bir tarixi günü yada salır.

Publika.az xəbər verir ki, bu gün “Narıncı inqilab”ın onuncu ildönümüdür.

21 noyabr 2004-cü ildə prezident seçkilərinin ikinci turu keçirilib. Seçicilər baş nazir Viktor Yanukoviç ilə müxalifət lideri Vktor Yuşenko arasında seçim etməli idilər.

Səsvermənin ilkin rəsmi nəticələrinə görə, Yanukoviç 3 faiz üstünlüklə qalib gəldi. Rəsmi nəticələr “ekzit-poll”un nəticələrindən kəskin fərqlənirdi. Yuşenkonun tərəfdarları və xarici müşahidəçilərin əksəriyyəti hesab edirdilər ki, Yanukoviçin komandası seçkiləri saxtalaşdırıb.

Yüz minlərlə ukraynalı kütləvi seçki saxtakarlığına etiraz edərək növbəti gün Kiyev və başqa şəhərlərdə küçələrə çıxdı. Ali Məhkəmə seçkilərin ikinci turunun təkrar keçirilməsi barədə qərar verdi. Seçkilərin təkrar ikinci turunda isə V.Yuşenko qələbə qazandı.

Qeyri-rəsmi məlumatlara görə, bütovlükdə etiraz aksiyalarında 3 milyondan 7 milyona qədər ukraynalı iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm