28 nəfərin başını kəsdilər - DƏHŞƏT
Bizi izləyin

Dünya

28 nəfərin başını kəsdilər - DƏHŞƏT

Keniyanın bir sıra vilayətlərində ağır cinayətlər törədən “Eş-Şedab” terror qruplaşmasının üzvləri növbəti qətliama imza atıblar.

Publika.az-ın məlumatına görə, terrorçular Mandira kəndində avtobusu saxlayaraq sərnişinləri öldürüblər. Bununla bağlı ilkin məlumatlarda 28 mülki şəxsin qətlə yetirildiyi bildirilir. Keniyanın hüquq-mühafizə orqanlarının sözçüsü Məsud Muveyni “Eş-Şedab” terrorçularının Mandira kəndində 28 nəfərin başını kəsərək qətlə yetirmələri xəbərini aldıq”, – deyə bildirib.

Terrorçular bu gün səhər Mandira kəndindən Keniyanın paytaxtı Nayrobiyə doğru hərəkət edən avtobusu Ömər Culi bölgəsində saxlayaraq sərnişinləri düşürüblər. Sonra isə sərnişinlərin başlarını kəsiblər. Məsud Muveyn öldürülənlərin sayının dəqiqləşdirildiyini əlavə edib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm