ABŞ Ukraynaya radar sistemləri verməyə başlayıb
Bizi izləyin

Dünya

ABŞ Ukraynaya radar sistemləri verməyə başlayıb

ABŞ Ukraynaya 20 radar sisteminin çatdırılmasına başlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Stiv Uorren dünən brifinqdə bildirib.

Onun sözlərinə görə, radiolokasiya sistemləri minaatanlardan açılan atəşin yaxınlaşmasını və rəqibin mövqeyini müəyyənləşdirəcək. Uorren əlavə edib ki, bu Ukraynaya çatdırılacaq eyni sistemlərin birinci partiyasıdır.

Radar sistemləri ABŞ-ın Ukraynaya edəcəyi 118 milyon dollar yardım çərçivəsində bu ölkəyə çatdırılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm