Dünya
İŞİD pilot axtarışlarına başladı
“İslam Dövləti” (İŞİD) terror təşkilatı döyüş təyyarələri üçün pilot axtarmağa başlayıb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə təxminən 3 ay təşkilatın əlində girov olan Musullu tayfasının rəhbəri Əbdurahman Yunus Gerdi danışıb.
Onun sözlərin görə, İŞİD bunun üçün İraq ordusunda vaxtilə pilot olan şəxslər barədə araşdırma aparır. İŞİD üzvləri Səddam Hüseyn dövründə orduda pilot olan və Küveyt müharibəsində iştirak edən bir girovdan pilotların adları və ünvanlarını almağa çalışıb.
Qeyd edək ki, İŞİD-in hərbi aviasiya yaratmağa çalışdığı barədə iddialar yeni deyil. Bundan əvvəl vaxtilə İraq ordusunda xidmət edən və sonradan İŞİD-ə qoşulan zabitlərin Suriyada ələ keçirilən üç döyüş təyyarəsi üçün pilotlar hazırladığı iddia edilmişdi. Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı hadisə şahidlərinin həmin təyyarələri Hələb yaxınlığındakı hərbi aerodrom üzərində uçarkən gördüklərini bildirmişdi.
Musullu tayfasının başçısı daha bir şok iddia irəli sürüb. O bildirib ki, İŞİD "məhkəməsi"nin ölüm cəzasına məhkum etdiyi şəxslərin 2500 dollar qarşılığında sərbəst buraxılmaq şansları qalır.
Ömər Dağlı
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ