Kanadalı qadınlar Putinə müraciət etdilər – VİDEO
Bizi izləyin

Dünya

Kanadalı qadınlar Putinə müraciət etdilər – VİDEO

Kanadanın “Nordic Filmworks” kinofilm şirkəti Ukrayna dəstək olaraq bir video hazırlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, videoçarxda gənc qadınlar Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı müraciət edirlər.

“Cənab Putin, Ukrayna Rusiyanın deyil. Onun dili, mədəniyyəti sizin deyil. Onun xalqı sizin deyil. Nələrin olduğu və nələri planlaşdırdığınızı bütün dünya bilir. Və etdikləriniz anormaldır”, - videoda qadınlar bildirir.

“Ukrayna ilə olaq” adlı video “Nordic Filmworks” şirkətinin saytında yerləşdirilib. Şirkət videoya baxan hər kəsi onu “Twitter” və “Facebook” paylaşmağa çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm