Kobanidə iki Britaniya vətəndaşı öldürüldü
Bizi izləyin

Dünya

Kobanidə iki Britaniya vətəndaşı öldürüldü

“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Britaniya vətəndaşlığı olan iki döyüşçüsü Suriyada öldürülüb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə “iTv News” telekanalı xəbər yayıb.

Məlumata görə, 21 yaşlı Abu Abdulla Al-Xabaşi və 20 yaşlı Abu Darda Suriyanın Kobani şəhərində ABŞ təyyarələrinin aviazərbələri zamanı zərərsizləşdirilib.

Öldürülmüş döyüşçülərin hər ikisi London sakinidir. Onlardan birinin bir neçə dəfə İŞİD-in təbliğat xarakterli videolarına çəkildiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm