ABŞ Kremlə xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

ABŞ Kremlə xəbərdarlıq etdi

“Ukraynanın gələcəyini Moskvanı müəyyən etməyəcək, Ukrayna xalqının özü müəyyən edəcək”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland Maydan hadisələrinin birinci ildönümü barədə danışarkən deyib.

“Heç bir ölkə başqa ölkənin gələcəyini müəyyən etmək hüquqlarına malik deyil. Heç bir ölkə başqa ölkənin üzv olacağı ittifaqları haqqında qərarlar qəbul etmək hüquqlarına malik deyil. NATO-nun qapıları istənilən avroatlantik dövlət üçün açıqdır. Ukraynanın ittifaqa üzvlüyünə gəlincə, bu məsələ Ukrayna və NATO arasında danışıqların mövzusu olacaq. Əgər Ukrayna bunu istəyərsə”, - deyə ABŞ dövlət katibinin köməkçisi bildirib.

Qeyd edəkm ki, V.Nuland vitse-prezident Co Baydenlə ilə Ukrayna da olmaqda bir neçə Avropa ölkəsinə səfəri davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm