• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Co Bayden 4 saat Ərdoğanla nəyi müzakirə etdi? - VİDEO, FOTO - CANLI YAYIM

  • Dünya
  • 22 Noyabr 2014 22:09
  • 977 Baxış
Co Bayden 4 saat Ərdoğanla nəyi müzakirə etdi? - VİDEO, FOTO - CANLI YAYIM

Türkiyədə səfərdə olan ABŞ-nın vitse-prezidenti Co Bayden Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Publika.az-ın məlumata görə, işgüzar nahar süfrəsi arxasında keçirilən görüş protokolda nəzərdə tutulduğundan çox vaxt aparıb. Protokola əsasən 1,5 saata yekunlaşmalı olan görüş 4 saat davam edib.

Görüşdən sonra mətbuata birgə açıqlama verən Ərdoğan və Bayden iki ölkə arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.

Prezident Ərdoğan Türkiyə-ABŞ həmrəyliyinin bu dövrdə çox əhəmiyyətli olduğunu deyib. Ərdoğan əlaqələrin bu gün daha əhatəli olduğunu söyləyib.

"Hər şeydən əvvəl ilk növbədə Suriya və İraqda yaşanan hadisələr ətrafında ətraflı müzakirələr aparıldı. Müzakirə etdiyimiz bir çox mövzuda Amerika Birləşmiş Ştatları ilə fikir birliyi içərisində olduğumuzu da məmnuniyyətlə ifadə etmək istəyirəm. Regional və beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün ABŞ ilə əlaqələrimizi inkişaf etdirməkdə qərarlıyıq. Bugünkü danışıqlarımız bu baxımdan çox əhəmiyyətlidir. Ən üst səviyyədəki təmaslarımız mütəmadi olaraq davam edəcək. ABŞ ilə əlaqələrimiz, ortaq dəyərlər və müştərək mənfəətlər əsasında qarşılıqlı hörmətə əsaslanan şəkildə, günün strateji şərtlərinə uyğun olaraq davam edəcək. Türkiyə-ABŞ əlaqələrinin bu gün hər zamankından daha əhatəli və güclü olduğuna inanıram", - Ərdoğan əlavə edib.

Co Bayden Türkiyənin ona və ailəsinə böyük maraq göstərdiyini dilə gətirib. IŞİD-ə qarşı koalisiya olaraq nələr edə biləcəklərinin müzakirə edildiyini qeyd etdi. Türkiyənin Suriyada olanlardan ötəri ağır bir yük daşıdığını, 1 milyon 600 min insana qucaq açdığını söyləyən Bayden, bu qədər qaçqının xərcinin yüksək olduğuna inandığını söyləyib. Co Bayden İraq və Suriya məsələsi ilə bərabər Kipr mövzusunun da müzakirə edildiyini bildirib.

"Mən Adayı ziyarət edən ən qocaman ABŞ-lı səlahiyyətli oldum. Həm bölgənin həm də Ada xalqının mənafeylərinə uyğun bir həll yolu var. Bunun üçün gərginliyin azalması və müzakirə masasına geri dönülməsi lazımdır. Türkiyə ilə ABŞ əlaqələri 60 illik bir müddətdir davam edir və bundan sonra da eyni şəkildə davam edəcək. Respublika başçısına qonaqpərvərliyi üçün ölkəm və öz adımdan təşəkkür edirəm". - Bayden qeyd edib.

Hazırda brifinq canlı olaraq Türkiyə televiziyalarında yayımlanır. Bu linkdən brifinqi izləyə bilərsiz.


Erdoğan, Biden ile Çalışma Yemeğinde Bir Araya... by haberler

Xəbər lenti

DAHA ÇOX XƏBƏR