Moskva sakinləri: “Azadlıq olmayacaqsa, Maydan olacaq” - FOTO
Bizi izləyin

Dünya

Moskva sakinləri: “Azadlıq olmayacaqsa, Maydan olacaq” - FOTO

Rusiyanın paytaxtı Moskvada Qələbə meydanında söz azadlığı üçün aksiya keçirilib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, aksiyada bir neçə yüz moskvalı iştirak edib.

Aksiya iştirakçıları ağızlarını ağ kağız parçaları ilə bağlayaraq ölkədə söz azadlığının olmadığını göstərmək istəyiblər. İnsanların əllərində “Azadlıqlar olmayacaqsa Maydan olacaq", “Putin işarəni verdi: fırıldaqçılar dəstəsinə fərqli düşüncə", "Biz qarabaşaqsız yaşayacağıq, söz azadlığına toxunmayın", “Sözə azadlıq!”, “Senzuraya yox!” kimi şüarlar yazılmış plakatlar daşıyırdılar.

Aksiya iştirakçılarının bir hissəsi Moskva polisi tərəfindən saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm