Bayden: “Moskva bundan Avropaya qarşı silah kimi istifadə edir”
Bizi izləyin

Dünya

Bayden: “Moskva bundan Avropaya qarşı silah kimi istifadə edir”

ABŞ-ın vitse-prezidenti Co Bayden Avropa Birliyini Rusiya qazının idxalını azaltmağa çağırıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, vitse-prezident bu çağırışı Türkiyədə keçirilən Atlantik Şurası energetika sammitinin toplantısında çıxışı zamanı səsləndirib.

“Artıq hərəkət etməyin vaxtıdır. Ukraynada baş verənlər işin daha təcili şəkildə yerinə yetirilməsini tələb edir. Avropa Rusiyadan asılılığını azaltmaq üçün enerjidaşıyıcısıların idxalını diversifikasiya etməlidir”, - deyə o bildirib.

Vitse-prezidentin sözlərinə görə, Ukraynada böhran yenidən göstərdi ki, Rusiya enerjidaşıyıcılarından qonşularına qarşı siyasi silahın forması kimi istifadə edir. C.Bayden bunun böyük problem olduğunu dilə gətirib.

Bayden eyni zamanda vurğulayıb ki, Rusiya Avropanın ehtiyacı olan enerjidaşıyıcısıların böyük təchizatçısı kimi qalmalıdır, amma Moskva qaydalar üzrə oynamalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm