Kenyada 30 sərnişin öldürüldü
Bizi izləyin

Dünya

Kenyada 30 sərnişin öldürüldü

Kenyanın “Əş Şaba” qruplaşması 30 nəfəri qətlə yetirib.

Publika.az xəbər verir ki, bu barədə qruplaşmanın lideri Ali Mahmud Ragi sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, qruplaşma üzvləri Kenyanın paytaxtı Nayrobiyə doğru hərəkət edən avtobus Mandera şəhərində dayandırılaraq xristian sərnişinlər güllələnib. Ragi bunun ölkənin müsəlman əhalisinin sıxışdırılmasına cavab olduğunu bəyan edib.

Qeyd edək ki, Əl-Qaidə qruplaşması ilə ələqələri olan “Əş Şabab” Kenyanın dağlıq ərazilərində məskunlaşaraq yerli hakimiyyətə qarşı mübarizə aparır. “Əş Şabab”ın əsas mərkəzi isə Somali sayılır. Onlar bu ölkədə tez tez terror hücumları həyata keçirərək innsanları qorxu içərisində saxlayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm