Obama Əfqanıstanla bağlı məxvi sənəd imzalayıb
Bizi izləyin

Dünya

Obama Əfqanıstanla bağlı məxvi sənəd imzalayıb

ABŞ prezidenti Barak Obama Pentaqona bundan sonra da ordudan Əfqanıstanda aktiv istifadə etməyə icazə verən məxfi sənəd imzalayıb.

.

Publika.az xəbər verir ki, sənəd orduya Amerika və Əfqanıstan hərbçilərinə təhlükə törədən Taliban və digər qruplaşmalara qarşı əməliyyatlar aparmağa imkan verəcək.

Eyni zamanda ABŞ qırıcı, bombardımançı və pilotsuz təyyarələrinin əfqan hərbçilərinin keçirdiyi əməliyyatlara dəstək verəcəyi də mümkün olacaq. Barak Obamanın bu qərarı ABŞ-ın Əfqanıstandakı hazırkı missiyasının faktiki olaraq daha bir il uzadılması anlamına gəlir.

The New York Times-ın xəbərinə görə, qərar prezident administrasiyasında ciddi müzakirələrə səbəb olub. Mülki müşavirlər ABŞ-ın Talibanla mübarizəsinə qarşı çıxaraq ordudan yalnız “əl-Qaidə”yə qarşı aparılan antiterror əməliyyatlarında istifadə olunmasını dəstəkləyiblər. Lakin Pentaqon hərbçilərə Taliban, Haqqani və digər qruplaşmalara qarşı əməliyyatlar keçirməyə icazə verilməsində israr edib.

Qeyd edək ki, bu ilin may ayında Barak Obama Birləşmiş Ştatlar ordusunun Əfqanıstandan tamamilə çıxarılması barədə qərar vermişdi. Bu qərara əsasən, gələn ilin əvvəllərində ölkədə ABŞ hərbçilərinin sayının 9,8 min nəfərə qədər azaldılması və 2016-cı ilin sonunda isə bütünlüklə çıxarılması nəzərdə tutulurdu. Hazırda Pentaqonun Əfqanıstanda 30 min nəfərlik hərbi kontingenti var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm