
Yaponiyada baş verən iki zəlzələ nəticəsində xəsarət alanların sayı 39-a çatıb.
Publika.az-ın məlumatına görə, yerli polis yaralılardan 7 nəfərinin vəziyyətinin ağır olduğunu bildirib.
Polis deyib ki, insanlar daha çox evlərin dağıması və ya mebellərin üstlərinə aşması zamanı xəsarət alıblar.
Zəlzələdən ən çox Xakuba qəsəbəsinin zərər çəkdiyi bildirilir. Burada 7 binanın uçduğu, 11 nəfərin xəsarət aldığı bildirilir. Naqano şəhərində - 8, Omati şəhərində - 2, Otari şəhərində isə 2 nəfər xəsarət alıb.
Xilasedicilər ilk saatlarda 2 yaşlı uşaq daxil olmaqla 21 nəfəri uçqun altından sağ çıxarmağa müvəffəq olublar, 1000-dək sakin müvəqqəti sığınacaqlara yerləşdirilib.