Tunisdə prezident seçkiləri keçirilir
Bizi izləyin

Dünya

Tunisdə prezident seçkiləri keçirilir

Bu gün səhər saat 8-dən etibarən Tunusdə prezident seçkilər ilə bağlı səsvermə başlayıb.

Publika.az xəbər verir ki, bütün seçki məntəqələrinin qarşısında ciddi təhlükəsizlik tədbirləri görülüb. 27 namizəd prezident kürsüsü uğrunda mübarizə aparacaq. 5 milyon vətəndaşın səsvermə hüququndan istifadə edəcəyi gözlənilir.

Tunis Mərkəzi Seçki Komissiyasından səsəvermənin saat 18:00-da başa çatacağı bildirilib. Amma təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq bu dəqiqələrdə (14:00) bəzi məntəqələrdə səsvermə dayandırlıb.

Tunisin hazırkı prezidenti Məhəmməd Munsif əl-Merzuki və parlament seçkisində ən çox səs alan Nida Tunis Partiyasının sədri Əl-Baci Kaid es-Sibsi seçkinin favoriti hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm