• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kipr sahillərində 300 suriyalı qaçqın batmaq təhlükəsi ilə üzləşib

  • Dünya
  • 23 Noyabr 2014 14:32
  • 279 Baxış
Kipr sahillərində 300 suriyalı qaçqın batmaq təhlükəsi ilə üzləşib

Kipr sahillərində göyərtəsində 300 qaçqın olan gəmi batmaq təhlükəsi ilə üzləşib.

Publika.az-ın məlumatına görə, gəmidən sos siqnalı verilsə də, hava şəritinə görə xilasetmə işləri ləngiyir. İlkin məlumatlara görə, gəmidə 40 qadın, 35 uşaq olamqla 300 sərnişin var. Qadınlardan birinin hamilə olduğu bildirilib.

Şimali Kipr Türk Cümhuriyyətinin Sahil Təhlükəsizlik Xidməti sərnişinlərin xilas edilməsi üçün əməliyyatlara başlayıb. Çətinliklə də olsa bir neçə qayığın vasitəsilə gəminin qayalara çırpılmasının qarşısı alınıb və qaçqınlar xilas edilib.

Rəsmilər Tanzaniya bayrağı ilə üzən gəminin 3 gün əvvəl Mersin Limanından yola çıxdığını bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR