Boko Haram 50 nəfərin başını kəsdi
Bizi izləyin

Dünya

Boko Haram 50 nəfərin başını kəsdi

Nigeriyanın şimalında islamçıların həyata keçirdiyi növbəti hücum nəticəsində onlarla adam həlak olub.

Publika.a BBC-yə istinadən xəbər verir ki, Çad gölü yaxınlığında həyata keçirilmiş hücum zamanı göl sahilində balıq satışı ilə məşğul olan 50-dək adam ödürülüb.

Yerli sakinlərin ifadələrinə əsasən, islamçılar əvvəlcə yolu bağlayıblar, sonra onlarla adamın boğazını kəsib, qalanlarını isə əl-qolunu bağlayaraq gölə atıblar.

Son bir neçə gün ərzində bu, Borno ştatında sayca ikinci irimiqyaslı hücumdur.

Qətliamın 4 yaraqlının güllələnməsinə cavab olaraq "Boko Haramın" qisas aksiyası olduğu ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm