Parlament xarici qoşunların ölkədə yerləşməsinə razılıq verdi
Bizi izləyin

Dünya

Parlament xarici qoşunların ölkədə yerləşməsinə razılıq verdi

Əfqanıstan Parlamentinin aşağı palatası sülhməramlı qüvvələrin ölkədə missiyasını davam etdirməsinə razılıq verib.

Publika.az-ın məlumatına görə, aşağı palata NATO və Vaşinqtonla ikitərəfli təhlükəsizlik müqavilələrini təsdiq edib. Həmin sənədlərə əsasən ölkədə 2014-cü ildən sonra da xarici qoşunların iştirakı ilə hərbi əməliyyatların keçiriləcəyini nəzərdə tutur.

Bağlanmış müqavilələrin qüvvəyə minməsi üçün parlamentin aşağı palatasında bəyənilmiş sənədlər yuxarı palata tərəfindən də təsdiqlənməlidir. Yuxarı palatanın həmin sənədlərə gələn ilin yanvar ayında, ABŞ hərbiçilərinin yeni missiyayas başlayanda baxacağı gözlənilir.

Yeni sazişlər Əfqanıstanda 9,800 ABŞ əsgərinin və Avropa ölkələrindən olan 3,000-dək hərbiçinin yerləşdiriləcəyini nəzərdə tutur. Əfqanıstanda yerləşdiriləcək xarici hərbi personalın qarşısında duran əsas vəzifə ölkənin təhlükəsizlik qüvvələrinə təlim keçmək və yardım göstərmək kimi məsələlər olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm