• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İran voleybol azarkeşini azad etdi

  • Dünya
  • 24 Noyabr 2014 03:45
  • 328 Baxış
İran voleybol azarkeşini azad etdi

İran və İtaliya yığması arasındakı voleybol matçına baxmağa cəhd edən və nəticədə bir illik həbs cəzasına məhkum olunan İran əsilli İngiltərə vətəndaşı Qönçə Havami zaminə buraxılıb.

Axar.az-ın xəbər verir ki, bu barədə BBC-nin məhkumun qohumlarına istinadla yaydığı məlumatı İranın “Şərq” qəzeti təsdiqləyib. “Şərq” qəzetinin Tvitter səhifəsində Qönçə Havaminin zaminə buraxılması üçün 38 min dollar ödənildiyi qeyd edilib.

Beynəlxalq Voleybol Federasiyası İran Prezidenti Həsən Ruhaniyə qızın həbsdən azad edilməsi xahişilə məktub göndərmişdi.

Xatırladaq ki, Qönçə Havami iyunun 20-də İran-İtaliya valeybol oyununa baxmaq üçün stadiona gedərkən həbs edilmişdi. 25 yaşlı qız tezliklə azad edilsə də, bir neçə gündən sonra yenidən həbs edilərək adətən siyasi dustaqlar və jurnalistlərin saxlandığı Evin həbsxanasına yerləşdirilmişdi. Noyabrın 2-də anti-dövlət təbliğatına görə haqqında birillik həbs hökmü çıxarılan Qönçə iki gündən sonra məhkəmənin hökmünə etiraz əlaməti olaraq aclıq elan etmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR