Co Baydenin Türkiyə səfərinin nəticəsi nə oldu?
Bizi izləyin

Dünya

Co Baydenin Türkiyə səfərinin nəticəsi nə oldu?

ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə 3 günlük rəsmi səfər başa çatısa da, görüşlərdə müzakirə olunan məslələrdə hansı qərara gəlindiyi hələ də açıqlanmayıb.

Publika.az xəbər verir ki, xüsusilə də rəsmi Ankaranın İslam Dövləti terrorçularına qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyaya dəstəyi ilə bağlı hər hansı öhdəlik götürməsi barədə heç bir məlumat verilməyib.

Co Baydenin sözlərinə görə, o Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla İraq və Suriyadakı İslam Dövləti silahlılarına qarşı mübarizə barədə danışıblar. Vitse-prezident habelə Suriya prezidenti Bəşar Əsəd hakimiyyətinin müzakirə mövzusu olduğunu bildirib. Amma hansı qərarlar qəbul edilib, bu barədə konkret bir söz deyilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm