• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Obama ABŞ prezidentliyinə namizədini açıqladı

  • Dünya
  • 24 Noyabr 2014 11:59
  • 345 Baxış
Obama ABŞ prezidentliyinə namizədini açıqladı

ABŞ prezidenti Barak Obama 2016-cı il prezident seçkilərinə namizədini açıqlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, B.Obama ABC telekanalına müsahibəsində keçmiş dövlət katibi Hillari Klintonun “çox gözəl prezident” ola biləcəyini deyib.

B.Obamanın sözlərinə görə, Klintonla daim ünsiyyət saxlayır və onu dostu hesab edir: “Mən çox istərdim ki, növbəti prezident Demokrat Partiyasının nümayəndəsi olsun. Bunun üçün özümdən asılı olan hər şeyi etməyə hazıram”.

ABŞ prezidenti həmçinin keçmiş dövlət katibinin bir çox məsələlərdə onunla razılaşmadığını bildirib.

B.Obama 2008 və 2012-ci ildə ABŞ prezidenti seçilib. Onun səlahiyyətləri 2017-ci ilin əvvəlində bitir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR