Moskvadan Qərbə mesaj: “Dünyanın 40 ölkəsi bizimlədir”
Bizi izləyin

Dünya

Moskvadan Qərbə mesaj: “Dünyanın 40 ölkəsi bizimlədir”

Dünyanın təxminən 40 ölkəsi Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasını yaratmaq arzusunu ifadə edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının spikeri Sergey Narışkın bildirib.

O, Müstəqil Dövlət Birliyinin (MBD) beş dövlətinin Avrasiya İqtisadi İttifaqının xeyrinə seçim etdiyni xatırladıb.

“Dünyanın təxminən 40 ölkəsi Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasını yaratmaq arzusunu ifadə edib. Eyni zamanda bizim bəzi partnyorlarımız xarici təzyiq altında Avrasiya İqtisadi ittifaqında bərabər hüquqlu iştirakdan imtina edirlər. Amma geosiyasi seçim istənilən dövlətin suveren hüququdur”, - S.Narışkin deyib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı beynəlxalq iqtisadi inteqrasiya birləşməsidir və 29 may 2014-cü ildə Gömrük İttifaqının əsasında yaradılıb. 2015-ci il 1 yanvar tarixindən fəaliyyətə başlayacaq ittifaqın tərkibinə Rusiya, Qazaxıstan, Belarus və Ermənistan daxildir. Qırğızıstan isə may ayında quruma üzvlük üzrə tədbirlər planını imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm