Ağ Ev Baydenin gizlətdiklərini açıqladı: İŞİD, Əsəd, İncirlik...
Bizi izləyin

Dünya

Ağ Ev Baydenin gizlətdiklərini açıqladı: İŞİD, Əsəd, İncirlik...

ABŞ-ın vitse-spikeri Cozef Baydenin Ankayaya səfərini şərh edən Ağ Evin yüksək rütbəli səlahiyyətlisi aparılan danışıqların detalları barədə danışıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ağ Ev səlahiyyətlisi İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsində İncirlik hərbi hava bazasından koalisiya qüvvələrin istifadəsi barədə danışıqların davam etdiyini bildirib.

Xatırladaq ki, ABŞ-ın vitse-spikeri Türkiyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan görüşüb və 1,5 saat davam edəcəyi gözlənilən görüş 4 saat davam edib. Görüşdən sonra keçirilən mətbuat konfransında Ərdoğan və Bayden müzakirə edilən məsələlərlə bağlı ümumi məlumat verərək, İncirlik bazası və Əsəddən danışılmadığını iddia etmişdilər.

Görüşdə irəliləyişin əldə olunub-olunmadığına gəlincə, Ağ Evin yüksək rütbəli səlahiyyətlisi bunları deyib: “Ərdoğan və Bayden orada hansısa razılaşmanın altına imza atmayıblar. Əslində bundan sonra hara gedəcəyimizlə bağlı daha böyük şəffaflıq əldə olunub. Həll edilməyən bəzi əlavə problemlər var idi və hər iki ölkənin rəhbərliyi yaxın günlərdə bu problemlərin həlli üçün düşünməkdə davam edəcək”.

Amerikalı səlahiyyətli İŞİD ilə mübarizə və Əsəd rejiminin radikal qruplar üçün maqnit funksiyası yerinə yetirdiyi barədə tərəflərin həmfikir olduğunu dilə gətirib. O, İŞİD-in yalnız ABŞ və bölgədəki müttəfiqləri üçün deyil, eyni zamanda Türkiyə üçün də təhdid olduğunu və Türkiyənin bu təhdidi çox ciddi qəbul etdiyini dilə gətirib. Səlahiyyətli, təsirli bir təhlükəsizlik gücü olmadan İŞİD-in Suriyada yox edilməsinin mümkün olmadığını bildirib. O qeyd edib ki, Ankara və Vaşinqton bu gücün Əsəd olmadığı barədə eyni mövqedən çıxış ediblər: “Azad Suriya Ordusu İŞİD ilə mübarizədə etibarlı güc ola bilər. Azad Suriya Ordusuna daha sürətli şəkildə təlim keçirilməsi və hərbi vasitələrlə təchiz edilməsi mövzusunda Türkiyə ilə əməkdaşlıq məsələləri də Baydenin Ərdoğanla görüşündə müzakirə olunub. Ancaq bu məsələdə konkret bir qərar yoxdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm