Saakaşvilinin videooperatoru sorğu-sual edilir
Bizi izləyin

Dünya

Saakaşvilinin videooperatoru sorğu-sual edilir

Gürcüstan Baş Prokurorluğu 2008-ci ilin avqustunda Cənubi Osetiyada hərbi münaqişə ilə bağlı qaldırılan cinayət işi üzrə sabiq prezident Mixail Saakaşvili şəxsi videooperatoru Tamaz Şavşişvilini sorğu-sual edir.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Saakaşvilinin vəkili Otar Kaxidze bildirib.

Vəkil əlavə edib ki, keçmiş prezidentin videooperatorunun dindirməsi gözlənilməz olub: “Gürcüstan Baş Prokurorluğu 2008-ci il avqust müharibəsində günahkarları gürcü tərəfində axtarır. Çünki hazırkı hökumət bu müharibənin başlanmasında əvvəlki hakimiyyəti ittiham edir”.

Xatırladaq ki, 2008-ci ilin avqustunda Gürcüstan ordusu və Cənubi Osetiya separatçıları arasında intensiv atışmalardan sonra Saakaşvili atəşkəs elan edib. Ancaq bir neçə saat sonra rəsmi Tiflis Tsxinvalinin gürcü kəndlərində atəşkəsə əməl etmədiyini əsas gətirib və Tsxinvaliyə qurudan və havadan zərbələr endirməyə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm