Ağır zərbə: İŞİD-in qurucusu öldürüldü
Bizi izləyin

Dünya

Ağır zərbə: İŞİD-in qurucusu öldürüldü

İŞİD terror təşkilatının qurucularından biri İraqın Ninova vilayətinin mərkəzi Mosulda öldürülüb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə Kürdüstan Demokrat Partiyasının Mosul bölməsinin nümayəndələrindən olan İsmət Rəcəb bildirib.

Onun sözlərinə görə, İŞİD-in qurucularından olan və "Əbu Həsən Əl-Cezravi" adı ilə tanınan Ömər Əl-Ceris zərərsizləşdirilib. Onun olduğu avtomobil karvanına 3 raketin atıldığı bildirilir.

İraq ordusu noyabrın 2-də təşkilatın "Səuidiyə müftisi”nin öldürüldüyünü açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm