Putin separatçı liderə söz verdi
Bizi izləyin

Dünya

Putin separatçı liderə söz verdi

Rusiya “İttifaq və strateji əməkdaşlıq haqqında” müqavilənin imzalanması ilə Abxaziyaya maliyyə yardımını iki dəfə artıracaq.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Abxaziya "prezidenti" Raul Xadjimba ilə görüşdə bildirib.

V.Putin əminliyi ifadə edib ki, görüş ikitərəfli münasibətlərin inkişafına təkan verəcək. bütün kompleksinə verəcək. Abxaziya “prezidenti” də həmçinin müqavilənin Abxaziyanın iqtisadi potensialının inkişafı üçün əlavə imkanlar yaradacağını deyib.

Qeyd edək ki, Rusiya və separatçı qurumlar arasında “inteqrasiya”nı nəzərdə tutan sözügedən müqavilə Abxaziyanın perspektivdə Krım kimi Rusiyaya birləşdirilməsini ehtiva edir. Sənəd əslində Abxaziyanın Avrasiya İqtisadi Birliyinin ümumi hüquqi, hərbi, gömrük məkanına daxil edilməsidir.

Ekspertlər bildirir ki, belə ikitərəfli müqavilələr Rusiyanın xarici siyasətinin yeni alətinə çevrilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm